“Yuventus” maliyyə fırıldaqlığı səbəbindən A Seriyasında 15 xalı silinməsindən sonra açıqlama yayıb.

Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, Turin təmsilçisi verilən qərarla bağlı apellyasiyaya müraciət edəcəyini bildirib: “Klub qərarın əsaslandırıcı hissəsinin dərcini gözləyir və İdman Ədaləti Məcəlləsinin müddəalarına uyğun olaraq İdman Arbitraj Şurasına müraciət edəcəyini elan edir”.

“Yuventus” rəhbərliyi klubun maliyyə vəziyyəti ilə bağlı yalan məlumat yaymaqda, bazar manipulyasiyasında, mövcud olmayan əməliyyatlara görə saxta gəlir bəyannaməsi təqdim etməkdə, audit nəzarətinə mane olmaqda ittiham olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp