“Fənərbaxça” müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir. Türkiyə klubu “Parma”da çıxış edən Ceyden Ostervoldeni transfer etməyə çalışır.

Futbolinfo.az xəbər verir ki, “sarı-ləcivərtlilər” 21 yaşlı sol cinah müdafiəçisi üçün İtaliya klubuna 6 milyon avro və əlavə bonuslar daxil olan təklif göndərib. Futbolçu özü də İstanbul klubunda oynamaq istəyir və klubların razılıq əldə etməsini gözləyir.

Qeyd edək ki, “Parma” Ceyden Ostervoldeni mövsümün əvvəlində “Tvente”dən transfer edib. Gənc müdafiəçi B Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 19 matçda 1 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp