“Biz Qodsvey Donyonu tibbi baxış üçün Kiprdə gözləyirik” – bunu futbolinfo.az-a açıqlamasında “Apollon” klubunun mətbuat xidmətinin rəhbəri Panos Dimosioqrafos deyib.

Donyonun “Neftçi”dən ayrılması reallaşır. Hücumçu tezliklə yeni klubunun düşərgəsində olacaq. Bakılılar yayda aldığı forvardı satmağı lazım bilib. “Apollon” rəsmisi bildirib ki, bütün məsələlərdə “Neftçi” ilə razılıq əldə olunub.

Donyo ilə 2025-ci ilə qədər müqavilə imzalanacaq. Dimosioqrafos bu transfer üçün Azərbaycan təmsilçisinə nə qədər pul ödədiklərini isə açıqlamayıb: “Bu, maliyyə sirridir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp