“Marsel” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirəcək. Fransa klubu axtardığını İtaliyada tapıb.

Futbolinfo.az xəbər verir ki, marsellilər “Verona”nın oyunçusu İvan İliçi transfer etmək üçün razılığa gəlib. A Seriyasi təmsilçisi bu keçiddən 15 milyon avro (+ 2 milyon avro bonus) qazanacaq.

21 yaşlı serbin “Verona” ilə hələ 3,5 illik müqaviləsi qalırdı. Bu mövsümdən əsas heyət oyunçusu olan futbolçu A Seriyasında 11, İtaliya Kubokunda 1 qarşılaşmada forma geyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp