“Real” Eduardo Kamavinqanı satmaq niyyətində deyil. Baş məşqçi Karlo Ançelotti bu mövzuda hətta düşünməyi belə artıq sayır.

Futbolinfo.az xəbər verir ki, son günlər fransalı yarımmüdafiəçinin “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı xəbərlər sıralanır. Fransa yığmasının üzvünün əsas heyətdə mütəmadi yer almaması üzündən İngiltərəyə yollanacağı deyilir. Onun mövsümün sonunadək icarəyə veriləcəyi, daha sonra isə birdəfəlik satılacağı iddia edilir.

Ançelotti Kamavinqanın açar oyunçularından biri olduğunu, ondan imtina etməyi heç vaxt düşünmədiyini dilə gətirib. Baş məşqçi “Real”ın gələcəyi olmaları üçün transfer edilən bu gənclərin zamanla əsas heyətin əvəzedilməzləri olacağına əmindir.

Xatırladaq ki, Eduardonun “Real”la 2027-ci ilin yayınadək müqaviləsi var. 20 yaşlı Konqo əsilli yarımmüdafiəçi 2021-ci ilin uayında “Renn”dən transfer edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp