Portuqaliya millisinin sabiq baş məşqçisi Fernando Santuş Polşa yığmasını çalışdıracaq. Tərəflər 2026-cı ilin yayına qədər müqavilə bağlamağa hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, hazırda onlar gələcək əməkdaşlığın yekun detallarını müzakirə edirlər. Müqavilə yaxın vaxtlarda rəsmiləşməlidir.

Santuşun rəhbərliyi altında Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə uduzduqdan sonra yarışı tərk etdi. Bu, komandanı Avropa çempionu etmiş məşqçiylə yolların ayrılmasına səbəb oldu. 8 ildən uzun müddətdə işlədiyi yığmada onu Belçika millisindən ayrılan Roberto Martines əvəz etdi.

Polşa yığmasına gəlincə, bu komandanın baş məşqçisi də Qətərdə uğursuz çıxışa görə postundan qovulmuşdu. Ötən ilin yanvarında təyinat alan Çeslav Mixneviç bu vəzifədə ili tamamlaya bilmədi. Millinin 1/8-də dayanması ona xələf axtarışını zəruri etdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp