“Tottenhem” baş məşqçi Antonio Konte ilə yeni müqavilə bağlamayacaq. Londonluların uğursuz çıxışı italiyalı ilə yayda bitən anlaşmanın yenilənməməsinə səbəb olub.

Futbolinfo.az xəbər verir ki, Konte 2021-ci ilin noyabrından “Tottenhem”də çalışır. Komanda bu mövsüm Premyer Liqada 20 turdan sonra 33 xal toplayıb.

Artıq Konteni kimin əvəz edəcəyi ilə bağlı xəbərlər də var. İlk vaxtlar Mauritsio Poçettinonun vaxtilə çalışdığı komandaya dönəcəyi deyilirdisə, indi başqa namizəd ortaya çıxıb. Belə ki, “Tottenhem” rəhbərliyi 2021-ci ildən “Latsio”nu çalışdıran Mauritsio Sarrini baş məşqçi postunda görmək istəyir. Romalılarla 2025-ci ilin yayınadək müqaviləsi olan təcrübəli mütəxəssislə danışıqların başladığı yazılır.

Xatırladaq ki, Sarri 2018-ci ildə “Çelsi”də də Konteni əvəz etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp