Frank Lempardla bağlı gözlənilən baş verdi. Rəhbərlik baş məşqçiyə hər nə qədər güvəndiyini bəyan etsə də, bu gün istefa reallaşdı.

Futbolinfo.az xəbər verir ki, “Everton” az öncə Lempardı postundan göndərdiyini rəsmən açıqladı. 44 yaşlı ingilis mütəxəssislə müqavilənin bitiminə ilyarım qalsa da, rəhbərlik onun uğursuz fəaliyyətinə cəmi bir il dözdü. Son turda digər autsayder “Vest Hem”ə 0:2 hesablı məğlubiyyət səbr kasasını daşırdı.

Lempard “Derbi”də cəmi bir mövsüm (2018/19) işləmişdi. O, “Çelsi”də daha uzun müddət – ilyarım qalsa da, fəaliyyətinə indiki kimi mövsümün yarısında (2021-ci ilin yanvarı) son verilmişdi.

“Everton”u 19-ci pilləyə endirən məşqçi Liverpul klubunda olduğu 44 matçda cəmi 12 qələbə gördü. 8 heç-heçə, 24 məğlubiyyət top fərqində də əksini tapdı – 43:71.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp