İngiltərə Premyer Liqasının 21-ci turunda “Tottenhem” səfərdə “Fulhem”ə qalib gəlib – 1:0.

Futbolinfo.az xəbər verir ki, bu oyun London təmsilçisinin hücumçusu Harri Keyn üçün əlamətdar olub.

O, bu oyunda komandasına qələbə qazandıran qola imza atmaqla “Tottenhem”də vurduğu topların sayını 266-ya çatdırıb.

Nəticədə Keyn London klubunun tarixinin ən çox qol vurmuş futbolçusu Cimmi Qrivzə çatıb. O, həftəsonu baş tutacaq “Mançester Siti” ilə oyunda da qol vurmağı bacarsa, “Tottenhem” tarixinin bombardirinə çevrilmiş olacaq.

Bu mövsüm 28 oyun keçirmiş Keyn, 17 qol vurub, 3 məhsuldar ötürmə edib.

Shares: