“Şaxtyor” daha bir oyunçusunu satmaq üzrədir. Ukrayna klubu Mixail Mudrikin ardınca növbəti futbolçusunu İngiltərə Premyer Liqasına göndərir.
Futbolinfo.az xəbər verir ki, Nikolay Matviyenko tezliklə “Brayton”da olacaq. İngilislər onun üçün 20 milyon avro ödəməyə razılaşıb. 26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanacaq.
“Şaxtyor”un 5 il öncə “Vorskla”dan aldığı müdafiəçi ilə müqaviləsi 2025-ci ilin yayında bitəcəkdi.