“Kəpəz”in yeni legioneri Mario Mustapiç mövsümün ikinci yarısı barədə danışıb. Gəncə klubunda debütə hazırlaşan xorvat qapıçı yaxşı nəticə qazanmağa ümidlidir.

Futbolinfo.az xəbər varir ki, uzun müddətdir “Kəpəz”də olan, amma sənəd problemləri üzündən debütü ləngiyən qolkiper Antalyada keçirdikləri toplanışın faydalı olduğuna əmindir: “Komandanın yaxşı hazırlığı üçün normal toplanış keçmişik. Qış fasiləsindən sonrakı ilk turlardan bizi olduqca əhəmiyyətli oyunlar gözləyir. İstirahət etmək, qidalanmaq üçün hər cür imkana malik oteldə qaldıq, məşq etdiyimiz stadionlar da yaxşı idi. Baş məşqçinin təlimatları əsasında çalışdıq. Hazırlığımız da yüsək səviyyədə keçdi. Ümid edirəm ki, “Qəbələ” və “Səbail” ilə ilk çempionat görüşlərində bizə lazım olan xalları toplaya biləcəyik”.

Mustapiç hədəflərinə çatacaqlarına əmindir: “Məqsədimiz üçün mübarizə apara biləcək gücdə olan yaxşı komandamız var. Biz nəinki elitada qalmaq, hətta orta pillələrdə yer almaq üçün çalışacağıq. Komandada super atmosfer, yüksək əhval-ruhiyyə var. Azarkeşlər bizim güclü tərəfimizdir. Hələ ölkənizə ilk gəlişimdə onların dəstəyini görmüşdüm. İndi də fanatların bizə güclü dəstək verəcəyini gözləyirəm. Azarkeşlərlə birgə komandanı irəli aparacağıq”.

Shares: