Qış fasiləsində heyətini yalnız Adama Diakabi ilə gücləndirən “Qarabağ” növbəti transferə hazırlaşır. Ağdamlılar çoxdan anlaşdığı Redon Cica ilə müqaviləni tezliklə rəsmiləşdirəcək.
Futbolinfo.az xəbər verir ki, Albaniya “Tirana”sının hücumçusu artıq Bakıdadır. 24 yaşlı oyunçu bu gün tibbi müayinədən keçəcək, daha sonra isə tərəflər 2026-cı ilin yayına kimi nəzərd tutulan müqavilə imzalayacaq.
Redon bu mövsüm “Tirana”nın heyətində bütün turnirlərdə 22 oyun keçirib və 14 qol vurub. O, Çempionlar Liqası və Konfrans Liqasınının təsnifat mərhələlərində də fərqlənib. Ötən ilin oktyabrında Səudiyyə Ərəbistanı ilə matçda millidə debüt edən hücumçunun hesabında iki oyun var.