“Çelsi” Entso Fernandesin transferindən vaz keçmir. Londonlular yarımmüdafiəçi üçün növbəti dəfə “Benfika”nın qapısını döyüb.
Futbolinfo.az xəbər verir ki, “zadəganlar” argentinalı dünya çempionuna görə Portuqaliya klubuna 100 milyon avro, üstəlik dı açıqlanmayan iki futbolçusunu təklif edib. Amma “Benfika” Entsonun müqaviləsində qeyd edilən sərbəstqalma maddəsinə əsaslanaraq bu təklifi də rədd edib.
Xatırladaq ki, müqaviləyə görə yalnız 120 milyon avro ödəməyə razı olan Fernandesi heyətinə qata bilər.