Mövsümün ikinci yarısının açılış matçında AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak edir. O, bu gün reallaşan “Kəpəz” – “Qəbələ” matçını izləmək üçün Gəncəyə yollanıb.

Futbolinfo.az xəbər verir ki, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov da oyundadır. Eyni zamanda “Kəpəz”in kuratoru olan bu şəxs qarşılaşmanı digər AFFA rəsmiləri ilə birgə izləyəcək.

Hacıyev turda baş tutan bütün bölgə matçlarını izləmək, əyalət klublarının durumu ilə maraqlanmaq niyyətindədir. O, sabah “Turan Tovuz” – “Qarabağ” görüşünə baş çəkəcək, daha sonra Şamaxıya yollanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp