“Redon Cica mənim dostumdur. Uşaqlıqda bir-birimizə qarşı oynamışıq” – bunu futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un yeni transferi Belajdi Pusi deyib.

Albaniyalı forvard həmyerlisinin “Qarabağ”a keçidi barədə danışıb: “Onunla tez-tez söhbət edirik. Amma “Qarabağ”a keçidi barədə çox danışmamışıq. Eyni yaşdayıq və aramızda münasibətlər əladır. “Qarabağ”a çox xeyri dəyəcək”.

Xatırladaq ki, hər iki futbolçu ölkəmizə bu ay gəlib. Pusinin transferi rəsmən açıqlanıb, Cica ilə müqavilə üçün artıq Bakıdadır. Onlar sabah Tovuzda üz-üzə gələ bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp