Misli Premyer Liqasında XIX turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə lider “Qarabağ” səfərdə “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər matçında isə “Zirə” və “Sumqayıt” komandaları üz-üzə gələcək.

Tura sabah keçiriləcək “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” oyunları ilə yekun vurulacaq. İlk oyun günündə “Kəpəz”lə “Qəbələ” heç-heçəyə (2:2) razılaşıb.

Misli Premyer Liqası
XIX tur

25 yanvar

“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu, 14:00.
 
“Zirə” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp