“Turan Tovuz”un yeni transferi Belajdi Pusinin futbolinfo.az-a müsahibəsi

– Azərbaycana gəlişin necə baş tutdu?

– Mən hər kəsə təşəkkür etmək istəyirəm. Təklif olundu və dəyərləndirdik. Menecerimə, futbolçulara və məşqçi heyətinə “sağ ol” demək istəyirəm ki, bu keçiddə rol oynadılar. Mən onların bu güvənlərini boşa çıxarmayacağına əminəm.

– “Turan Tovuz”a keçərkən kimdən məsləhət aldın?

– Azərbaycanda oynamış dostlarımla məsləhətləşdim. Onlar da yaxşı şeylər söylədilər və gəldim.

– Kim konkret olaraq sənin bura gəlməyində rol oynadı?

– “Qəbələ”də, “Səbail”də oynamış Yurgen Qoca. Onunla danışdıqda bu təklifi qəbul etməli olduğumu bildirdi. O, ötən il burada çıxış etmişdi.

– Albaniyadan ölkəmizə çox futbolçu gəlir…

– Bunu bilirəm. Əvvəllər, burada daha çox alban oyunçu çıxış edib. Onların arasında ən uğurlusu isə Ansi Aqolli olub. O, daha yaxşı nəticələr əldə edib.

– “Qarabağ”ın yeni transferi Redon Cicanı tanıyırsan?

– Onunla dostuq. Biz uşaq olarkən bir-birimizə qarşı çox oynamışıq. Bura gəlməsi məni sevindirdi. “Qarabağ” üçün uğurlu olacaq.

– “Turan Tovuz” paytaxtdan kənarda çıxış edir. Bu amil tərəddüüdünə səbəb olmadı?

– Hər gün məşqdə ən yaxşısını edəcəyəm. Özümə inamım var. Burada oynamaq mənim üçün heç bir halda çətin olmayacaq.

– Azərbaycan çempionatı haqqında düşüncən necədir?

– Burada sərt mübarizə gedir. Bir neçə oyuna baxaraq belə qənaətə gəlmişəm. Sürətli komandalar var. Ona görə də maraqlı liqa olduğunu düşünürəm.

– Hansı komandaları daha güclü sayırsan?

– Ümumiyyətlə, bütün komandalar yaxşıdır. Düşünürəm ki, hansısa komandanın adını çəkməklə düz etmərəm. Oynayacağıq və daha yaxşısını etmək üçün çalışacağıq.

– Səncə, bu liqada daha çox qol vura biləcəksən?

– Mən əlimdən gələni edəcəm və qarşılığını alacağıma əminəm.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp