Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi məkan və vaxt dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında birinci dövrənin son oyunları yanvarın 26-sı və 27-də baş tutacaq.
Yanvarın 26-da “Neftçi” MOİK-i sınağa çəkəcək. Növbəti gün isə 3-cü turun son matçında ”Murov” – “Xarı bülbül” oyunu keçiriləcək.
Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Yüksək Liqa
3-cü tur
26 yanvar
18:00. Neftçi – MOİK
27 yanvar
16:00. Murov – Xarı bülbül