“Manşester Yunayted” iki futbolçusu ilə yolları ayıracaq. İngiltərə Premyer Liqası təmsilçisi Harri Maquayr və Skott Maktomineyi satacaq.

Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi heyətə düşməkdə çətinlik çəkən bu futbolçuların oyun səviyyəsindən narazıdır. Lakin onlar yaya kimi düşərgədə saxlanılacaq. Baş məşqçi Erik ten Haq heyətin geniş saxlanılması, rəqabət mühitini qorumaq naminə Maquayrla Maktomineyi indi yola salmağın əleyhinədir.

Yanvarda bir neçə klub Maquayrı transfer etmək və ya icarəyə götürmək üçün rəsmi müraciət edib. Lakin mançesterlilər hər iki oyunçu ilə yayda vidalaşacaq.

Shares: