“Nottingem Forest” yeni qapıçı axtarır. İngiltərə klubu Deyan Hendersenin zədələnməsindən sonra çətin vəziyyətə düşüb.

Futbolinfo.az xəbər verir ki, komandanın qapıçılarından birinin sıradan çıxması “meşəbəyilər”i ona təcili əvəzedici axtarmağa sövq edib. Transfer pəncərəsinin bağlanmasına qısa müddət qaldığı üçün klub rəhbərliyi variantları nəzərdən keçirib qısa müddətdə qərar verməlidir.

“Nottingem Forest” hazırda əsas diqqətini Keylor Navasa yönəldib. PSJ-də ehtiyatda qalmasından narazı olan kosta-rikalı qolkiper İngiltərəyə köçməyin əleyhinə deyil. Parislilər onu icarəyə verməyə və ya satmağa razılaşmasa, “Nottingem Forest” başqa variantlara yönələcək.

Shares: