Bu gün Misli Premyer Liqasında XIX tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə ilk qarşılaşması Şamaxıda baş tutub.

Burada “Şamaxı” “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Hesabı qonaqların açdığı oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Xatırladaq ki, daha öncə “Kəpəz” doğma meydanda “Qəbələ” ilə heç-heçəyə (2:2) razılaşıb, “Turan Tovuz” evdə “Qarabağ”a (2:3), “Sumqayıt” isə səfərdə “Zirə”yə (1:3) məğlub olub. Turun sonuncu və mərkəzi oyununda isə lider “Qarabağ”ın iki əsas izləyicisi – “Sabah”la “Neftçi” komandaları üz-üzə gələcək.

Misli Premyer Liqası
XIX tur
26 yanvar

“Şamaxı” – “Səbail” 2:1
Qol: E.Qasımov, 58. A.Yunanov, 90-pen – Q.Zakpa, 33.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov.
Şamaxı şəhər stadionu, 14:00.

Şamaxı: 1. Rəşad Əzizli (k), 90. Əli Səmədov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 83. Nihat Quliyev, 18. Cəlal Hüseynov, 79. Emil Qasımov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov.
Baş məşqçi: Vüqar Əsgərli.
Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 99. David Qomis.
Baş məşqçi: Şahin Diniyev.

Shares: