“Neftçi”nin üç futbolçusu Misli Premyer Liqasının XIX turunun “Sabah”la oyununu buraxacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında deyib.

Onun sözlərinə görə, yarımmüdafiəçilər Rəhman Hacıyev, Eddi İsrafilov və Fərid Yusifli zədə ucbatından bugünkü matçda forma geyinməyəcəklər.

Bu gün keçiriləcək “Sabah” – “Neftçi” oyununa saat 19:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp