“Çelsi” yayda Kay Havertsi satmağı planlaşdırır. Heyətini tamamilə yeniləyən londonlular Almaniya millisinin üzvündən narazıdır.

Futbolinfo.az xəbər verir ki, “Bayern”in maraq göstərdiyi hücumçu Bundesliqaya qayıtmaq istəmir. Amma “zadəganlar” ardıcıl transferlərdən sonra büdcədə balans yaratmağa, xərclərini azaltmağa məcburdur. Bu səbəbdən məhz Havertsi yola salmaq qərara alınıb.

“Çelsi” mövsüm bitən kimi gələcək təklifləri nəzərdən keçirəcək. 53 milyon funt-sterlinq qiymət qoyulan hücumçu özü isə klubda qalmaq niyyətindədir. Baş məşqçi Qrem Potterlə yaxşı anlaşan Kay mövsümün sonuna kimi özünü sübut edib rəhbərliyi fikrindən daşındırmaq niyyətindədir.

“Zadəganlar”la 2,5 illik müqaviləsi qalan 23 yaşlı oyunçunun Londona 2020-ci ilin yayında “Bayer”dən gəldiyini xatırladaq.

Shares: