Kolo Turenin baş məşqçi kimi debütü uğursuz alındı. Onun yeni işində fəaliyyəti heç iki ay çəkmədi.
Futbolinfo.az xəbər verir ki, İngiltərə Çempionşipində mübarizə aparan “Viqan”, ötən il noyabrın 29-da baş məşqçi təyin etdiyi Dil Dişi Sahili millisinin saaiq oyunçusu Kolo Həbib Tureni dünən postundan kənarlaşdırdı. Gənc mütəxəssislə 2026-cı ilin yayına kimi müqavilə bağlansa da, nəticələr o qədər pis oldu ki, anlaşmanı birtərəfli pozmaq lazım gəldi.
Bu müddətdə “Viqan”ı 9 oyuna çıxaran Ture qələbə üzü görmədi. 3 heç-heçə, 6 məğlubiyyətdən sonra rəhbərliyin səbr kasası daşdı.
Xatırladaq ki, Ture bunadək ölkəsinin millisində və “Lester”də köməkçi-məşqçi kimi çalışmışdı.