“Arsenal” Moyzes Kaysedonu transfer edə bilməyib. “Brayton” londonluların rəsmi təklifini rədd edib.

Futbolinfo.az xəbər verir ki, “topçular” yarımmüdafiəçiyə görə 60 milyon funt-sterlinq ödəməyə hazır imiş. Lakin “Çelsi”nin təklifini də geri çevirən “Brayton” növbəti dəfə oyunçunu satmaq istəmədiklərini bildirib.

21 yaşlı ekvadorlu oyunçunun “Brayton”la müqaviləsi 2025-ci ilin yayında bitəcək. Klubu onu yayda daha yaxşı qiymətə satmq istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp