Misli Premyer Liqasının 19-cu turunda “Neftçi” üzərində 2:0 hesablı qələbə qazanan “Sabah”ın futbolçusu Coy-Lens Mikelsin futbolinfo.az saytına müsahibəsi

– “Neftçi” üzərində qələbəni necə şərh edərdin?

– Qalib gəldiyimizə görə çox şadam. Düzü, deyiləcək nəsə yoxdu. Yaxşı oynadıq və layiq olduğumuz qələbəni qazandıq.

– Bu qələbə ikincilik üçün vacib idi?

– Hələ mövsümün təxminən yarısı geridə qalıb. Bizi qarşıda çox oyun gözləyir. Əlbəttə, çempionatın ən iddialı kollektivlərindən birinə ardıcıl 3 oyunda qalib gəlmək xoşdur. Lakin mövsüm hələ yekunlaşmayıb. İrəlidə nə olacağını heç birimiz dəqiq deyə bilmərik.

– Dünən sanki “Sabah” rahat futbol oynadı?

– Dünənki matçda erkən qol vurmağımız bizim öz oyunumuzu sərgiləməyimizə şərait yaratdı. Fikrimcə, dünən güclü olan tərəf biz idik.

– Komanda transfer etməsə də, yaxşı futbol göstərdi. Səncə, heyət sona qədər uğurla mübarizə aparmağa kifayət edəcək?

– Transferə ehtiyacın olub-olmaması məsələsinə klub rəhbərliyi və baş məşqçi qərar verə bilər. İstənilən halda, fikrimcə, bizim yaxşı komandamız var və mövsümün sonuna kimi öz məqsədimizə çatmaq üçün var qüvvəmizlə mübarizə aparacağıq.

– Qarşıda “Qəbələ” ilə çətin səfər matçı var…

– Biz hər oyuna qələbə üçün çıxırıq. Bu oyun da istisna olmayacaq. Bizi güclü rəqiblə çətin səfər oyunu gözləyir. Əlimizdən gələni edəcəyik ki, bu səfərdən də 3 xalla ayrılaq.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp