Entonu Qordon istəyinə çatmaq üzrədir. Ona sərfəli təklif göndərən “Nyukasl”a keçməyinə izn vermələri üçün “Everton”un son məşqlərini boykot edən futbolçuya qapı açılıb.

Futbolinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasının autsayderi futbolusunu “sağsağanlar”a satmağa razı olub. Yüksək yerlər uğrunda mübarizə aparan “Nyukasl” heyətini daha da gücləndirmək üçün 40 milyon funt-sterlinqindən keçib.

İndiki klubu ilə 2,5 illik anlaşması qalan 21 yaşlı vinger yaxın saatlarda yeni klubunda tibbi müayinədən keçib rəsmi müqavilə bağlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp