“Ayaks” baş məşqçi postunu Zlatko Daliçə tapşıra bilər. Amsterdamlılar xorvat mütəxəssisə rəsmi təklif göndərib və ilk görüş üçün razılıq alıblar.

Futbolinfo.az xəbər verir ki, ardıcıl 7 qələbəsiz oyundan sonra Alfred Şröderi istefaya göndərən Hiderland klubu ona tez bir zamanda əvəzedici tapmağa çalışır. 3 mütəxəssisi siyahıya alan “Ayaks” rəhbərliyi onların arasından ən çox arzuladıqları Daliçlə danışıqlara başlayıblar. Xorvatla razılıq əldə etmək mümkün olmasa, digər variantlara baxılacaq.

2017-ci ilin oktyabrından Xorvatiya millisini çalışdıran Daliçin 2014-cü ilin sonunadək müqaviləsi var. Amma o da özünü klub futbolunda sınamağın əleyhinə deyil. Əvvəllər yalnız vətənində və ərəb klublarında çalışmış Zlatko qitənin tanınan komandalarının birində işləmək imkanını dəyərləndirmək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp