“Everton”un yeni baş məşqçisi Şon Dayç komandanı böhrandan çıxarmaq üçün yeni transferlərə ehtiyac duyur. O, təyinatı reallaşan kimi rəhbərlikdən yeni oyunçuların alınmasını xahiş edib.

Futbolinfo.az xəbər verir ki, yeni çalışdırıcının ilk hədəfi Konor Qallaherdir. Artıq “Çelsi”yə gənc istedadı üçün 40 milyon funt-sterlinqlik təklif paketi göndərilib. “Zadəganlar” keçidə razılıq versə, daha 5 milyon funt-sterlinq bonus qazanmaq imkanları olacaq.

22 yaşlı yarımmüdafiəsi “Çelsi” akademiyasının yetirməsidir. Bu mövsümdən etibarən meydana daha çox çıxmağa başlayan futbolçunun londonlularla 2025-ci ilin yayınadək müqaviləsi var. “Zadəganlar” qışda 8 transfer etməklə heyəti xeyli “yüklədiyindən” bəzi oyunçularla vidalaşa bilər. “Everton” da bu ümidlə Qallaherə göz dikib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp