Harri Keyni transfer edə bilməyəcəyini anlayan “Bayern” indi başqa futbolçuya gözünü dikib. Mərkəz hücumçusu axtarışında olan münhenlilərin diqqəti İtaliyaya yönəlib.

Futbolinfo.az xəbər verir ki, “Tottenhem”in Keynə görə 100 milyon funt-sterlinq istəməsi almanların planlarına uyğun gəlmir. İngiltərə millisinin üzvünə “Mançester Yunayted” də müştəridir və bu rəqabət qiymətin daha da qalxmasına səbəb ola bilər. “Bayern” həm də yaşı nəzərə alaraq 30-u haqlayan Keyndən vaz keçməli olub.

Növbəti hədəf Duşan Vlahoviçdir. “Yuventus”da xoşbəxt olmayan, üstəlik, komandanın B Seriyasına göndərilmək ehtimalı qaldığından, serb forvard da iş yerini dəyişmək istəyir. Turinlilərlə 2026-cı ilin yayınadək müqaviləsi olsa da, Duşan onu transfer edə biləcək bir klubun olacağına ümidlidir.

Almanlar yayda Vlahoviç üçün rəsmi təklif göndərəcək. Lakin onlar “Yuventus”un tələb etdiyi 80 milyon avronu da yüksək məbləğ sayır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp