“Çox çətin rəqibə qarşı oynayacağıq” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Feras Abu Akal deyib.

O, Misli Premyer Liqasının 20-ci turunda “Sabah”a qarşı keçirəcəkləri matçdan danışıb: “Sabah” çox güclü komandadır. Əminəm ki, çox maraqlı və mübarizəli oyun olacaq. Öz istədiklərimizi meydanda etmək üçün əlimizdən gələni ortaya qoyacağıq”.

İsrailli yarımmüdafiəçi 19-cu turda “Kəpəz”lə 2:2-lik heç-heçədən sonra daha yaxşı hazırlaşdıqlarını bildirib: “Bilirəm ki, növbəti matçda daha yaxşı olacağıq. Hazırlığımız yüksək səviyyədə keçib və bizim üçün vacib oyuna çıxacağıq. Qalib gəlməli və xallar əldə etməliyik”.

“Konkret olaraq hədəfiniz nədir” sualına 26 yaşlı futbolçu bu cür cavab verib: “Bizim məqsədimiz çempionatı avrokuboklara vəsiqə verəcək bir yerdə bitirməkdir. Həmçinin kuboku əldə etmək istəyirik. Hansı daha vacibdir sualına gəlincə, ikisi də önəmlidir”.

Feras “Qəbələ”də daha yaxşı oynaya biləcəyini də sözlərinə əlavə edib: “Əminəm ki, bundan daha yaxşı oynaya bilərəm. İndikidən yaxşı çıxış etmək üçün imkanım var. Bunu edəcəyimi düşünürəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp