“Arsenal” Jorjinyonun keçidini həll etdi. “Çelsi” ilə müqaviləsi yayda bitəcək İtaliya millisinin üzvü hazırda Londonda tibbi müqayinədən keçir.
Futbolinfo.az xəbər verir ki, Moyzes Kaysedonu heyətinə qata bilməyən “topçular” dayaq bölgəsini gücləndirmək üçün bu varianta əl atdı. “Çelsi”dəki durumundan narazı olan Jorjinyo ayrılmaq qərarı verincə “Arsenal” şansı qaçırmadı. “Zadəganlar” 12 milyon funt-sterlinq qarşılığında oyunçusunu buraxmağa razılaşdı.
31 yaşlı yarımmüdafiəçi yeni klubu ilə ilyarımlıq müqavilə bağlayacaq. Rəsmi açıqlama tezliklə veriləcək.