AFFA-nın Növbəti Hesabat Konfransının martınilk yarısında olacağı dəqiqləşib. Günlə bağlı konkret qərar verilməsə də, tədbir 7-13 mart aralığında reallaşmalıdır.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, hazırda Konfransın təşkili ilə bağlı işlər görülür. Həmin gün baş tutacaq İcraiyyə Komitəsinin iclasında da bir sıra məsələlər müzakirəyə çıxarılacaq.
Gündəlik hələ tam dəqiqləşməsə də, İK-nın iclasında aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərinin təyinatının təsdiqlənəcəyi bəllidir. Eyni zamanda Zamir Həsənovun U-18 komandasına köməkçi-məşqçi getməsi üzündən, U-19 qızlar komandasının baş məşqçi postuna yeni baş məşqçi təyinatı olmalıdır. Hazırda əsas namizəd Həbib Ağayevdir.
Gələn ay baş tutacaq tədbirdə əsas müzakirə Birinci Divizionla bağlı olacaq. Belə ki, əvəzedici komandaların bu yarışdan kənarlaşdırılması, ayrıca yarışlarının keçirilməsi gündəmdədir. Belə olduqda Divizionda iştirakçı sayının necə təmin olunacağı maraq doğurur.
Martda AFFA-nın müxtəlif komitələrinin yeni tərkibi də təsdiqlənməlidir.