“Ştutqart” heyətini yeni futbolçularla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Union Berlin”dən Genki Haraquçini, “Benfika”dan isə Gil Diası transfer edib.

Haraquçinin transferi üçün Berlin təmsilçisinə 1 milyon avro ödənilib. Yaponiya yığmasının üzvü yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi anlaşıb. Gil Diasın transferi isə almanlara 2 milyon avroya başa gəlib. Portuqaliyadan olan sol cinah vingeri ilə də 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Haraquçi 2021-ci ildən formasını “Union Berlin”də 61 oyuna 2 qol vurub. Hücumameyilli yarımmüdafiəçi daha öncə Almaniyada “Herta”, “Fortuna” (Düsseldorf) və “Hannover”in də formasını geyinib. O, Yaponiya yığmasında 74 oyuna 11 qol vurub.

Dias isə 2021-ci ildə “Monako”dan 1.5 milyon avroya transfer edildiyi “Benfika”da 20 oyuna 1 qol vurub. 26 yaşlı futbolçu daha öncə “Braqa”, “Monako”, “Varzim”, “Rio Ave”, “Fiorentina”, “Nottingem Forest”, “Olimpiakos”, “Qranada” və “Famalikan” kimi klubların da formasını geyinib.

Shares: