“Sumqayıt”dan ayrılan Araz Abdullayevə heç bir təklif yoxdur. Futbolinfo.az-ın məlumatına görə, hazırda azad agent olan futbolçunu heyətində görmək istəyən komanda tapılmır.

Abdullayev özü bir neçə məşqçi ilə əlaqə saxlayıb oynamaq istədiyini bildirsə də, çalışdırıcılar onu sərəncamında görmək istəməyib. Azərbaycanda klub tapa bilməyən futbolçu artıq ümidini xaricdən gələcək təkliflərə bağlayıb. Menecerlər vasitəsilə özünə xaricdə komanda tapmağa çalışan oyunçunu xaricdən də ciddi şəkildə istəyən olmayıb.

Klubsuz qalan daha bir oyunçu Təmkin Xəlilzadədir. “Zirə”nin heyətdən kənarlaşdırdığı cinah müdafiəçisi də ümidini Türkiyəyə bağlayıb. Ölkə daxilində kifayət qədər “tanındığı” üçün kimsə ona müqavilə təklif etmir.

Shares: