Almaniya çempionu “Bayern” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Portuqaliya millisinin və İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Joao Kanselonu heyətinə qatıb.
Münhen təmsilçisi 28 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Almanlar onun transfer hüququnu almaq üçün 70 milyon avro ödəməli olacaqlar.
Kanselo 2019-cu ilin avqust ayında 65 milyon avro qarşılığında İtaliyanın “Yuventus” klubundan “Mançester Siti”yə keçib. O, “şəhərlilər”in heyətində meydana çıxdığı 154 oyunda 9 qol vurub. Futbolçu daha öncə “Valensiya”, “Benfika”, “Yuventus” və “İnter”də də forma geyinib, Portuqaliya yığmasında 41 oyuna 7 qol vurub.