“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda (1:3) danışıb.
Futbolinfo.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Qarabağa qarşı oynamağın xüsusi məsuliyyəti var. Gözlənilən idi. Oyunçularımıza xüsusi tapşırıqlar vermişdik. Oyunçularım əzmkarlıq göstərdi. Ani diqqətsizlik oldu. 90 dəqiqə mübarizə apardıq. Layiqli oynadıq. Bacardığımız qədər hər oyun xal toplayıb aşağı pillələrdən uzaqlaşmaq əsas məqsəd hesab olunur. Planlaşdırdığımızdan daha yaxşı yerdəyik. Qısa müddətdə toparlanıb yaxşı mübarizə ortaya qoya bilirik”.