“Mançester Yunayted” transfer pəncərəsinin bağlanmasına saatlar qalarkən sürpriz addım ata bilər. Belə ki, ingilislər “Bayern”in yarımmüdafiəçisini transfer etməyə yaxındır.

Futbolinfo.az xəbər verir ki, Kristian Eriksenin qəfil zədəsi Premyer Liqa təmsilçisini ona əvəzedici tapmaq məcburiyyətində qoyub. Danimarka yığmasının yarımmüdafiəçisinin mayın əvvəlinə kimi sıradan çıxması üzündən “qırmızı şeytanlar” Marsel Sabitzerə müştəri düşməyə məcbur olub. Futbolçu da Münhendən ayrılmaq niyyətindədir və bu təklifə isti yanaşır.

Sabitzer alman klubunun son məşqinə çıxmaqdan imtina edib. O, bununla “Bayern”i transferə razılaşmağa məcbur etmək niyyətindədir. Hadisələr o qədər sürətlə inkişaf edir ki, İngiltərə mətbuatı artıq növbəti turda Marselin Premyer Liqada debüt edəcəyini yazır.

Avstriya millisinin 28 yaşlı üzvü “Bayern”ə ilyarım öncə “Leypsiq”dən gəlib. Onun münhenlilərlə müqaviləsinin müddəti 2025-ci ilin yayında bitəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp