Azərbaycan Premyer Liqasında bu gün baş tutan “Səbail” – “Kəpəz” matçının fasiləsində azarkeşlər arasında insident yaşanıb. Nəticədə qonaq komandanın bir azarkeşi bakılı fanat tərəfindən bıçaqlanıb.

Gəncədən gələn azarkeş xəstəxanaya çatdırılıb. Xəbəri futbolinfo.az-a “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev təsdiqlədi.

Əməliyyat olunan azarkeşin həyati təhlükəsi yoxdur. Klub rəhbərliyi hazırda xəstəxanadadır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp