PSV yanvarın son günündə iki futbolçunu icarəyə götürüb. Eyndovenlilər Dortmund “Borussiya”sından Torqan Hazardı, “Qalatasaray”dan Patrik van Anholtu mövsümün sonunadək heyətinə qatıb.

Ümumiyyətlə, dünən futbolçu keçidləri baxımından zəngin olub. “Atletiko” müdafiəçisi Felipeni 2,5 milyon avroya “Nottingem Forest”ə satıb. Əvəzində “Tottenhem”dən Mett Doherti mövsümün sonunadək icarəyə götürülüb. Felipe 2024-cü ilədək müqavilə bağlayıbsa, Dohertiylə anlaşmada sonradan satınalma bəndi yoxdur.

Günün gözlənilən keçidlərindən daha birini “Nottingem Forest” edib. İngilislər PSJ-dən Keylor Navası mövsümün sonunadək icarəyə götürüb. “Sportinq” isə Hektor Belerini “Barselona”dan 1,5 milyon avroya alıb.

Shares: