“Çelsi” Dünya Çempionatının bitməsindən bəri çalışdığı transferi nəhayət, yekunlaşdırdı. Qətərdə ulduzu parlayan Entso Fernandes artıq London klubunun oyunçusudur.

Futbolinfo.az xəbər verir ki, “Benfika”yla uzun müddətdir davam edən danışıqlar transfer pəncərəsinin bağlanmasına saatlar qalarkən yekunlaşdı. Dünya çempionunun özünün də Portuqaliyadan ayrılmaq üçün israr etməsindən sonra Lissabon klubu satışa razılaşdı.

22 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayınadək müqavilə imzalanıb. “Çelsi” bu keçidə görə qarşı tərəfə 121 milyon avro ödəyib. Transfer “Benfika” tərəfindən təsdiqlənib. Bu, İngiltərə futbolunun ən bahalı transferi kimi tarixə düşüb.

Shares: