Hakim Ziyeşin PSJ-yə keçidi rəsmiləşməyə bilər. Buna lazımi sənədlərin vaxtında çatdırılmaması səbəb olub.

Futbolinfo.az xəbər verir ki, “Çelsi” mərakeşli oyunçunu Fransa klubuna icarəyə verib. Mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə görə, parislilər cinah oyunçusunu yayda birdəfəlik transfer edə bilər.

Lakin indi bəlli olur ki, londonlular 29 yaşlı yarımmüdafiəçinin sənədlərini qeydiyyat üçün yetişdirə bilməyib. Sənədlər 3 dəfə səhv göndərilib. Hazırda hər iki klub problemin həlli üçün çalışır. Müddət bitib, FİFA-nın texniki səhvə inandırmaq lazım gələcək.

Shares: