“Nottingem Forest” transfer etməkdən yorulmur. Yayda heyətini bütünlüklə yeniləyən İngiltərə klubu qışda da boş dayanmadı.

Futbolinfo.az xəbər verir ki, bir neçə futbolçunu icarəyə götürən və ya birdəfəlik alan “meşəbəyilər”in son qəniməti Conco Şelvi oldu. Premyer Liqanın debütantı “Nyukasl”da heyətə düşə bilməyən yarımmüdafiəçini də heyətinə qatdı.

30 yaşlı irlan əsilli ingiltərəli yeni klubu ilə 2,5 illik müqavilə imzaladı. 7 illik “Nyukasl” karyerası bitən yarımmüdafiəçinin müqaviləsinin detalları bəli deyil.

Shares: