“Qarabağ”ın yeni transferi Redon Cicanın futbolinfo.az saytına müsahibəsi
– Azərbaycanda debütünüz necə alındı?
– Premyer Liqada ilk oyunum idi. Görüşdə qalib gəldik. Debütümü “Şamaxı” üzərindəki qələbə ilə etmək gözəldir. Sevinirəm ki, ilk oyunumda komandamız 3 xal əldə etdi.
– Çempionatımızla bağlı ilk təəssüratınız necədir?
– Düşünürəm ki, keyfiyyətli liqadır. Burada gözəl futbol oynanılır. Əlbəttə ki, belə bir liqada çıxış etmək sevindiricidir.
– Azərbaycana gəlməmişdən öncə yəqin ki, futbolumuz barədə məlumatınız var idi…
– Çempionatla bağlı məlumatım az idi. Demək olar ki, kiçik informasiyaya sahib idim. Amma indi liqanın yaxşı olduğunu, keyfiyyətli olduğunu anlayıram. Fikrimcə, yaxşı mübarizə var.
– Səninlə eyni vaxtda həmyerlin Belajdi Pusi “Turan Tovuz”a transfer olundu. Buna sevindinizmi?
– Bəli, Belajdi Pusi mənim dostumdur. Onunla bura gələndən sonra da danışmışıq, həmişə də danışırıq. Amma uzaq məsafəli müxtəlif şəhərlərdə olduğumuz üçün hələ görüşməmişik.
– Düşünürsüz ki, “Qarabağ”dan daha yaxşı komandalara, top-liqalara gedə bilərsiz?
– Təbii ki, “Qarabağ” sayəsində daha yaxşı çempionatlara gedə bilərəm. Amma bura yeni gəlmişəm. Bütün fikrim “Qarabağ”dadır. Bu komanda üçün əlimdən gələni etməliyəm.
CAVAD