“Zirə” növbəti transferini rəsmiləşdirməyə yaxındır.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Portuqaliyanın “Pasuş de Ferreyra” komandasının yarımmüdafiəçisi Abbas İbrahimi heyətinə qatmağa hazırlaşır.

Bu barədə “Ojogo” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, nigeriyalı futbolçu Portuqaliya klubunda daha az oynadığı üçün özü Bakı təmsilçisinə keçməkdə maraqlı olub. Klub onun istəyini qəbul edib. Razılığa əsasən, futbolçunun transfer hüququnun bir hissəsi “Pasuş de Ferreyra”da olacaq.

Onun yaxın vaxtlarda yeni klubu ilə müqavilə imzalayacağı bildirilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp