La Liqa prezidenti Xavyer Tebas İngiltərə Premyer Liqasını bəyənmir. O, İspaniya çempionatını daha üstün sayır.

Futbolinfo.az xəbər verir ki, Tebas müsahibəsində Premyer Liqa haqda maraqlı fikirlər səsləndirib: “İngiltərə Premyer Liqası şişirdilmiş bir liqadır. Lakin La Liqa hələ də ən yaxşı futbolçulara və ulduzlara sahibdir”.

Klubların maliyyə feyr-pleyinə əməl etməsinə ciddi diqqət yetirməsi ilə tanınan Tebas balansın pozulmaması üçün səy göstərir: “Erlinq Haaland və Kilian Mbappe İspaniyaya gələrsə, onlarla yalnız “Real” müqavilə imzalaya bilər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp