“Arsenal”ın “Reyms”ə icarəyə verdiyi Folarin Baloqun Avropanı təəccübləndirməkdə davam edir. Mövsümün sonuna kimi Liqa 1-də oynayacaq hücumçu, lomandasını təkbaşına arxasınca daşıyır.

Futbolinfo.az xəbər verir ki, Baloqun bu mövsüm 14 qol vurub. Bu, 26 dəfə fərqlənən “Reyms”in ümumi qollarının 54 faizidir. O, göstəricisi ilə nəinki Fransa çempionatının, ümumiyyətlə, TOP-5 liqaların ən yaxşı nəticəsinə imza atıb. Avropanın aparıcı liqalarında yalnız iki oyunçu – Erlinq Holand (25) və Harri Keyn (16) Baloqundan daha çox qol vurub.

21 yaşlı mərkəz hücumçusunun “Arsenal”la 2025-ci ilin iyuluna kimi müqaviləsi var. London klubu ötən yay icarəyə verdiyi yetirməsinin təcrübə toplamasını istəyirdi. Yəqin ki, indiki çıxışı onun növbəti mövsüm “topçular”ın düşərgəsində qalması üçün yetərli səbəb olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp