“Çətin oyun oldu. Sona qədər mübarizə apardıq. Ən azı 1 xala layiq idik, çox təəssüf ki, sonda məğlub olduq” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Zirə”nin müdafiəçisi Qismət Alıyev deyib.

O, Misli Premyer Liqasının 20-ci turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları matçdan danışıb: “Niyə uduzduq? Bu haqda nəsə demək çətindi. Əlimizdən gələni etdik, heç də rəqibdən geri qalmırdıq, bir az da bəxtimiz gətirmədi”.

“Kubokda “Neftçi”yə uduzduğunuz üçün qisas almaq istəyirdizmi” sualına futbolçu belə cavab verib: “Sırf kubokda uduzduğumuza görə yox, ümumiyyətlə, bu oyuna qələbə 3-cü yerə iddia baxımından bizim üçün vacib idi”.

Alıyev mövsümün sonunda hansı pillədə qərarlaşacaqları ilə bağlı da fikirlərini açıqlayıb: “İndidən nəsə demək istəməzdəm. Düzdü, 10 xal böyük fərqdir, amma sona qədər mübarizə aparacağıq”.

Müdafiəçi “Neftçi” ilə matçda hakimin komanda yoldaşı Donald Geryeyə göstərdiyi qırmızı vərəqədən də söz açıb: “Düzü, Geryenin “qırmızı”sı mənə də qaranlıq qaldı. Həmin epiozdun ofsayd olduğu aşkar idi, buna görə və ya sarıya görə hakimin VAR-a niyə müraciət etdiyini başa düşmədim”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp