“Ayaks”ın yeni baş məqçisi bəlli oldu. Alfred Şröyderi qovan Amsterdam ona əvəzedici gətirməyib.

Futbolinfo.az xəbər verir ki, bir sıra mütəxəssislərlə danışıq aparan, lakin onlarla anlaşa bilməyən Niderland klubu Con Heytinqaya güvənməyə qərar verib. Ardıcıl 8 oyunda qələbəsizliyə məhz bu mütəxəssis son qoymağı bacardı. O, müvəqqəti əvəzləyici kimi əyləşdiyi postda indi mövsümün sonuna kimi qalacaq. “Ayaks” rəhbərliyi belə qərar verib.

Futbolçu karyerasını bitirdikdən sonra “Ayaks” akademiyasında çalışan, son olaraq klubun U-18 komandasını çalışdıran Heytinqa ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp