PSJ Fransa çempionatının 21-ci turunda “Monpelye”ni məğlub edib – 3:1.

Futbolinfo.az xəbər verir ki, bu matç paytaxt təmsilçisinin futbolçusu Uorren Zair-Emeri üçün əlamətdar olub.

16 yaşlı yarımmüdafiəçi PSJ-nin Liqa 1-də qol vuran ən gənc futbolçusu kimi tarixə düşüb.

Emeri cari mövsüm Paris klubunun heyətində bütün turnirlər daxil olmaqla, 11 oyuna çıxıb və 1 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp